İlk olaraq ətin düzgün seçilməsi vacibdir. Yağlı və lif quruluşu uyğun olan hissələr qovurma üçün daha münasib hesab olunur.
Ətin bişirilməzdən əvvəl bir müddət otaq temperaturunda saxlanılması tövsiyə edilir. Bu, istiliyin bərabər yayılmasına kömək edir.
Qovurma zamanı yüksək oddan istifadə edilməməli, zəif odda yavaş bişirmə üsuluna üstünlük verilməlidir. Bu halda ət öz şirəsini saxlayır və daha yumşaq olur.
Mütəxəssislər bildirir ki, ətin öz yağında bişirilməsi dadı artırır və qurumanın qarşısını alır.
Digər vacib məqam duzun düzgün vaxtda əlavə olunmasıdır. Duzun erkən mərhələdə vurulması ətin sərtləşməsinə səbəb ola bilər.
Bişirmə prosesi başa çatdıqdan sonra qazanın qapağının bağlı saxlanılması ətin daha yumşaq və ləzzətli olmasına şərait yaradır.
